Bakıda 63 000 manat pul oğurlayan şəxs tutulub.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Cinayət Axtarış İdarəsinin (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də Bakı şəhər sakini olan bir nəfərin 63 000 manat pulunu oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb.