Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Paşayev noyabrın 21-də saat 23 radələrində rayon ərazisindəki kafelərin birində onu döyən şəxsin mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini A.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.