Bakı metrosunda qadın sərnişin qatar yoluna düşüb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin (QSC) mətbuat katibi Bəxtiyar Məmmədov Open.az-a bildirib ki, hadisə "Memar Əcəmi" stansiyasında baş verib.

Onun sözlərinə görə, dərhal qatarların hərəkəti dayandırılıb: "Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Bu səbəbdən qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".