Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Open.az-ln məlumatına görə, sərəncamla Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, R.Həsənov bu təyinata qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi idi.