Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub.

Bu barədə Open.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.