Lənkəranda azyaşlı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub.

Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılıb.


Səlcuq Elçin