“Azsığorta” ASC-də oğurluq hadisəsi baş verib.

Open.az xəbər verir ki, rəsmi məlumatda dərc edilib.

Belə ki, ASC-yə məxsus 13 ədəd ciddi uçot blankı oğurlanıb. Bildirilib ki, həmin blanklar oğurlandığı üçün etibarsız sayılır.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.