Bu gün saat 23:30 radələrində respublika ərazisində zəlzələ baş verib.

Open.az xəbər verir ki, yeraltı təkanlar müxtəlif bölgələrdə o cümlədən, paytaxt Bakıda, Sumqayıt, Goranboy, Biləsuvar, Göyçay, Ismayıllı, Şamaxıda hiss olunub. Zəlzələ təxminən 4-5 bal gücündə iki dəfə hiss edilib.

Dağıntı olub-olmadığı barədə hələlik məlumat yoxdur.

***

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Mərkəzdən Open.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Şəfiqə Nazimqızı