Azərbaycanda 17 yaşlı yeniyetməyə işgəncə verərək, bədənində salamat yer saxlamayıblar.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, sığınacağa müraciət edən 17 yaşlı şəxsin vəziyyəti olduqca bərbaddır: "Onun yaşadıqları heç bir insanlığa sığmır. 17 yaşında birinə necə işgəncə vermək olar ki, bədəndə salamat yeri qalmasın. Və bütün bunları edən heç də yad biri deyil, qanından-canından olan birisidir. Başındakı yanıq zədəsini isə qıcolma zamanı peç üstünə düşəndə alıb. Yaşadıqlarına baxmayaraq hər şeyi gülə-gülə danışır".

Gülnar Qafarlı

Azərbaycanda 17 yaşlı yeniyetməyə işgəncə verdilər - Başının dərisi qopdu - FOTO