Ötən ildən axtarışda olan şəxs Quba rayonunda saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3 (oğurluq-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan rayon sakini, 28 yaşlı Əfqan Qafarov rayon ərazisində saxlanılıb.

Bildirilir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan rayon sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Suliddin Həsənov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.