Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Open.az-a verilən məlumata görə, martın 15-də saat 2 radələrində Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində H.Əliyev prospektindən qaçırması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.