Rusiyanın Penza şəhərində avtomobil “yerə batıb”.

Open.az xəbər verir ki, hadisə baş verən ərazidə yerin altında istilik şəbəkəsi olub.

Asfaltın altında qaynar suya düşən avtomobili qaldırıcı kranın köməyi ilə çuxurdan çıxarıblar.

Ren TV-nin məlumatına görə, faciə nəticəsində iki nəfər həyatını itirib.

Hadisənin təfərrüatı araşdırılır.