Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb, daha 3 nəfər isə itkin düşüb.

Open.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının regional yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilir ki, yanğınlar nəticəsində ən azı 100 ev dağılıb. Bölgə ərazisində 77 meşə yanğınları qeydə alınıb, onlardan 42-i lokallaşdırılmamış qalır. 17 ştat üçün fövqəladə vəziyyət barədə xəbərdarlıq verilib.