Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Tofiq Qaranizadə barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Open.az-ın məlumatına görə, Ali Məhkəməyə müraciət edən şəxs cəzalarının yüngülləşdirilməsini istəyir.

Ali Məhkəmədə iş Gülzar Rzayevanın icraatına verilib. Kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaranizadə 7 il müddətə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, Tofiq Qaranizadə kriminal aləm yaxın şəxsdir.

Səlcuq Elçin