Gəncə şəhərində yol qəzası baş verib.

DİN-dən Open.az-a verilən məlumata görə, martın 13-də saat 12 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurub.

Nəticədə ata aldığı xəsarətlərdən hadisə yerində ölüb, oğlu isə xəstəxanaya yerləşdirilib.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.