Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 18-i saat 12 radələrində Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində qəsəbə sakini R.Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Möhübbət Şabanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.