Astara sakini narkotik vasitə satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Q.Əliyev narkotik vasitəni Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş C.Xalıqova satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə Q.Əliyevdən 2 kiloqram 5 qram, C.Xalıqovdan isə 2 qrama yaxın heroin götürülüb

Faktla əlaqədar cinayət işi başlanılıb.