Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən qəzanı baş həkimin oğlunun törətdiyi məlum olub.

Open.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğlu Kamran Nəsirlidir.

Qeyd edək ki, Sabirabad sakini K. Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub.

Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.