Amerikalı model Kelsi Kveyl Corcinya ştatında avtomobilini idarə edərkən güllələnib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs qadının boğazından atəş açıb. Hadisə nəticəsində kütləvi yol qəzası baş verib.

Hadisə yerindəcə ölən 28 yaşlı modelin maşını qarşı yola çıxıb və 3 avtomobilə çırpılıb.

Polis qətlin bir neçə ehtimalını nəzərdən keçirir. Modelin təsadüfi atışmanın qurbanı olduğu da ehtimallar arasındadır.

Gülnar Qafarlı

Amerikalı model avtomobilində güllələndi