Almaniyanın Berlin şəhərində İkinci Dünya müharibəsindən qalan 250 kiloqramlıq bomba zərərsizləşdirilib.

Open.az xəbər verir ki, bomba ötən həftə Hellersdorf rayonunda aşkar edilib.

Bildirilir ki, bombanın zərərsizləşdirilməsi üçün 13 min insan təxliyə edilib.

Bombanın zərərsizləşdirilməsi prosesi uğurlu keçib və insanlar öz evlərinə qayıdıb. (Trend)