Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Open.az-ın xəbərinə görə, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-cı il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.