Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində intiharın qarşısı alınıb.

Open.az xəbər verir ki, hadisə noyabrın 4-də saat 16 radələrində qeydə alınıb.

Qəsəbə ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.

Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.

Araşdırma aparılır.