Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.