Ağstafa rayon sakinində tüfəng aşkarlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenigün kənd sakini P.Cəfərovdan “İJ-16” markalı tüfəng və 1 ədəd fənər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.