Ağdaş rayonunda 37 yaşlı kişi su kanalına düşüb.

Open.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin "112" qaynar telefon xəttinə Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.