Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 34 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.