Ağdam rayonunda yol qəzası baş verib.

Open.az xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Səbinə Abdullazadə və Aygün Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.