Paytaxtın Xəzər rayonunda ağır yol qəzası olub.

Open.az xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü yüksək sürətlə hərəkət edib.

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə avtomobil də əzilib.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. (Baku.ws)

Hadisə yerindən görüntüləri təqdim edirik: