Abşeron rayonunun Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.