Abşeronda yanğın qeydə alınıb.

Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli mansarda tipli evin mansardasının tavanı 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.