Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları iki nəfərin itkin düşməsi faktını qeydə alıblar.

Open.az cxəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Artıq beş gündür, qohumları 1991-ci il təvəllüdlü, Abşeron rayon sakini Araz Dostuyevi axtarır. Gənc, mayın 25-də Hövsan qəsəbəsinin Məktəbli küçəsində yaşayan bir dostunu ziyarət etdikdən sonra itkin düşüb.

Suraxanı Rayon Polis İdarəsi bu barədə məlumatın mayın 29-da alındığını və hazırda cinayət-axtarış əməliyyatçılarının A.Dostuyevin dostu ilə bağlı məlumatları yoxladıqlarını bildiriblər.

Mayın 27-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonunda Abşeron rayonunun 1994-cü il təvəllüdlü, Məhəmmədli qəsəbə sakini Züleyxa Heydərova itkin düşüb. Qızın harada olması ilə bağlı məlumat yoxdur.

Hər iki faktla bağlı araşdırma davam edir.