Bakıda mağazalardan 3080 manat oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki 1 marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki 1 mağazadan ümumilikdə 3080 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.