ABŞ-ın cənub-şərq ştatlarını vuran Maykl qasırğasında həyatını itirənlərin sayı 26 nəfərə çatıb.

Open.az xəbər verir ki, Florida başda olmaqla axtarış xilas etmə işlərinin davam etdiyi qasırğanın təsirli olduğu 4 əyalətdə həyatını itirənlərin sayı artır.

Səlahiyyətlilər, Floridada daha 16 nəfərin cəsədinin tapıldığını bildirib. Beləliklə də keçən həftədən bəri qasırğada həyatını itirənlərin sayı 26 nəfərə çatıb.

Qasırğaya görə zonadan təxliyə edilən minlərlə insan isə evlərinə qayıtmaq üçün xilasetmə işlərinin tamamlanmasını gözləyir.

Qeyd edək ki, Kaliforniya mərkəzli məlumat təhlil firması "Corelogic", Maykl qasırğasının vurduğu zərərin 4,5 milyard dolları çata biləcəyini açıqlamışdı.

Floridanın son 100 ildə gördüyü ən şiddətli qasırğa olduğu bildirilən Mayklın, 1992-ci ildəki Andrevden sonra ABŞ-ı qurudan vuran ən təsirli qasırğa olduğu ifadə edilir. Qasırğanın ilk görüldüyü Orta Amerika ölkələri Honduras, Nikaraqua və El Salvadorda ümumilikdə 13 nəfər həyatını itirmişdi.