Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

DSX-dən Open.az-a verilən məlumata görə, son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

07 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə uçub gələn Banqladeş vətəndaşı 1998-ci il təvəl­lüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mo­hammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hin­­distan pasportlarının qismən saxta­laşdı­rıl­ma­sı şübhə yaranıb və la­bo­­ratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı təsdiqini tap­ıb.

08 oktyabr tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan və­təndaşları 1985-ci il təvəllüdlü Ashraf Muhammadın və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd nar­ya­dı­­na təqdim etdikləri pasport­lara vurulmuş Yunanıstan vizası, həmçinin Ashraf Muhammadın pasportunda Dani­mar­ka­­ya məxsus şengen vizası saxta olduğu üçün saxlanılıblar.

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il tə­vəllüdlü Gurpreet Singhnın sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar olunub.

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın İD kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün saxlanılıb.

14 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mshainesh Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib, üzərinə baxış keçirilən zaman ona məx­sus Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkar olun­ub.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər görülüb.


Səlcuq Elçin