60 yaşında modelliklə məşğul olmağa qərar verən rusiyalı Valentina Yasen İnstaqram fenomeninə çevrilib.

Open.az xəbər verir ki, Valentinanın oğlu onun şəkillərini sosial şəbəkədə paylaşdıqdan sonra fotosessiyalara dəvət alıb.

Hazırda o, yaşlı xanımlar üçün fəaliyyət göstərən “Oldushka” adlı modellik agentliyində fəaliyyət göstərir.

60 yaşlı nənənin İnstaqram səhifəsində 22 mindən çox izləyicisi var.