Xəzər rayonunda 58 yaşlı kişi evdə yanaraq ölüb

FHN-dən Open.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.