Ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kikboksinq və kunq-fu idman növlərində 3 qat dünya çempionu Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Urxan Orucov 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, o, 1000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin BMW markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Səlcuq Elçin

3 qat dünya çempionumuz azadlığa buraxıldı - MƏHKƏMƏDƏN