Bakıda 20 ton armatur oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini V.Həsənova məxsus 20 ton armaturun oğurlanması ilə bağlı müraciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri R.Sadıxov və İ.Kərimov tutulublar.