Sumqayıt sakinini avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev müəyyən edilərək saxlanılıb.