Bakıda 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı “BMW” markalı avtomobildən isə 700 manat pul oğurlaması da müəyyən edilib.