Türkiyənin Ərzurum şəhərinin Tortum bölgəsində qohumunun 12 yaşlı oğluna təcavüz edən və 21 il həbs cəzası alan İbrahım Yılmaz intihar edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı məhkum həbsxananın tualetində özünü asaraq öldürüb. İp və kəməri bir-birinə bağlayaraq özünü asan İbrahim Yılmazın cəsədi Ərzurum Tibb Müəssisəsinə aparılıb.

Məktub yazan məhkum böhtana məruz qaldığını, bu cinayəti törətmədiyini qeyd edib.

Qeyd edək ki, İ.Yılmaz məhkəmə iclasında da haqqındakı ittihamları rədd edib.

Gülnar Qafarlı