"Zirə" klubu baş məşqçisi Zaur Həşimovla yollarını ayırıb.

Open.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣⁣

"Zirə" klubu Həşimova göstərdiyi xidmətə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır.⁣