“Zirə” kapitanı Cavid Hüseynovla yollarını ayırıb.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

“Zirə” yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.