“Zirə” daha 6 futbolçusu ilə vidalaşıb.

Open.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə yollarını ayırıb.

“Zirə” adı çəkilən futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə" bu gün kapitanı Cavid Hüseynovla da yolları ayırmışdı.