İspaniyanın "Real Madrid" klubu 21 yaşlı braziliyalı futbolçu Eder Militaonun transferi üçün "Porto" ilə razılığa gəldiyini açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, yay transfer dövründə "Real Madrid"in heyətinə qatılacaq olan Militao ilə 6 illik müqavilə imzalanıb.

Futbola Sao Pauloda başlayan və mövsüm əvvəlində 7 milyon avro müqabilində "Porto"ya transfer olan Militao üçün "Madrid"in 50 milyon avro ödəyəcəyi iddia edilib.

Qeyd edək ki, Eder bu mövsüm 34 oyuna çıxıb, 3 qol atıb, 2 asist edib.

Gülnar Qafarlı