"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının 32-ci turu çərçivəsində "Leganes"la (1:1) matçı şərh edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, o, "Real Madrid"in növbəti mövsümdə daha yaxşı oynayacağını bildirib.

"Birinci hissə mənim xoşuma gəlmədi, ikinci hissə yaxşı idi və məğlubiyyətdən qaça bildik. Daha yaxşı oynaya bilərik. Təəssüratlar çox yaxşı deyil. Lakin onlarında oyunu pis deyil, çünki hesabı bərabərləşdirə bildilər. Biz bilirdik ki, bu mövsüm qazana bilməyəcəyik. Gələcək mövsümdə daha yaxşı oynayacağıq", - deyə Zidan qeyd edib.

Gülnar Qafarlı