İtaliyanın "Yuventus" klubunun səhmləri Çempionlar Liqasının 1/8 final mərhələsində evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra bahalaşıb.

Open.az "Bloomberg"ə istinadən xəbər verir ki, Turin təmsilçisinin səhmləri 16% artıb..

Martın 13-də səhər saatlarında səhmlər birjada 1.46 avroya satılmağa başlayıb. Kristiano Ronaldonun "Yuventus"a transferindən sonra isə Turin klubunun səhmləri 140% artıb.

Qeyd edək ki, Yuventusun Atletikonu 3:0 hesabı ilə məğlub etdiyi matçda Kristiano Ronaldo het-trik edib və komandasını 1/4 finala yüksəldib..

Manaf Qasımbəyli