""Ayaks" bu gün yaxşı oynadı. Onların Çempionlar Liqasındakı nəticələri möhtəşəmdir. Bugünki, oyunlarına heyran qaldım".

Open.az xəbər verir ki, bu sözləri "Yuventus"un prezidenti Andrea Anelli Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçından sonra açıqlamasında bildirib.

43 yaşlı prezident ÇL-i qazanmaq üçün daha çox çalışmaqları lazım olduqlarını deyib: "Çempionlar Liqası daim diqqət tələb edən turnirdir. Burada 30 dəqiqə ərzində hər şey tərsinə çevrilə bilər. Biz oyunu nəzarətdə saxlaya bilməyib məğlub olduq. Turniri növbəti mövsüm qazanmaq üçün daha çox çalışmalıyıq. "Ayaks" bu gün yaxşı oyun göstərdi və yarımfinala yüksəldi. Onları 2 il əvvəlki "Monako"ya bənzədirəm. Ümid edirəm ki, Onlar Çempionlar Liqasını qazanarlar".

Manaf Qasımbəyli