İtaliyanın "Yuventus" klubuna yeni təyin olunan baş məşqçi Maurizio Sarri tütün aslılığından danışıb.

Open.az xəbər verir ki, italiyalı mütəxəssis günə 60 siqaret çəkdiyini bildirib: "Mən günə 60 siqaret çəkirəm. Bəlkə də bu çoxdur. Oyun vaxtı siqaret çəkməyə ehtiyac olmur. Amma oyun bitən kimi bir neçə siqaret çəkirəm".

Qeyd edək ki, Maurizi Sarri bu ilin iyun ayında Turin klubuna baş məşqçi təyin olunub. 60 yaşlı mütəxəsis ötən mövsüm "Çelsi"klubuna rəhbərlik edib.

Manaf Qasımbəyli