Rusiyalı futbolçular Aleksandr Kokorin Pavel Mamayev azadlığa buraxılıb.

Open.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Xuliqanlıqda ittiham olunan futbolçular barəsində apelyasiya şikayəti qəbul edilib.

Belqoqraddakı Alekseyevski məhkəməsinin qərar ilə hər iki futbolçu şərti azadlığa buraxılıb.

Qeyd edək ki, “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev kafelərinin birində dövlət məmurunu döyüb. Onların hərəkəti təhlükəsizlik kameralarına qeyd edilib. Futbolçular məmurlarla davadan 2 saat öncə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər.

Gülnar Qafarlı